İtaliyanın Laquilla şəhərində keçirilən Böyük Səkkizliyin sammitində iştirak edən Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün Vatikanda Roma Papası Benediktlə görüşüb. Roma Papasının ABŞ-ın birinci xanımı Mişel Obamanı və digər ABŞ rəsmilərini də qəbul etdiyi bildirilir. Prezident Obama 25 dəqiqəlik görüşü səmərəli adlandırıb. Roma Papası ABŞ prezidentinin qızları ilə də özəl görüş keçirib. Barak Obama ilə Roma Papası arasında hansı məsələrin müzakirə edildiyi barədə məlumat verilmir. ABŞ prezidenti Obama ilə Roma Papası abort kimi məsələlərdə fikir ayrılığına, lakin yoxsullara yardım məsələsində ortaq mövqeyə malikdirlər.