Bu gün Azərbaycanın fəal gənclərindən AN şəbəkəsinin sədri Emin
Milli və “Ol” Gənclər Hərəkatının həmtəsisçilərindən Adnan Hacızadə mülki
geyimli şəxslərin hücumuna məruz qalıblar. Hadisənin günün ikinci yarısı
gənclərin şəhərin mərkəzindəki kafelərdən birində söhbət edərkən baş verdiyi
bildirilir. Amerikanın səsini radio proqramına Bakıdan canlı qoşulan hüquqşunas
Erkin Qədirli bildirib ki, onlar da hadisə ilə bağlı təfərrüatlı məlumata malik
deyillər. Ancaq Emin və Adnanla telefon danışığına istinad edən cənab Qədirli
bunlari deyir: “Dostlar kafelərdən birində oturaraq bir çox mövzular barədə
fikir mübadiləsi aparıblar. Bu mövzular içərisində siyasət də olub. Bu zaman
mülki geyimli, idmançı görkəmli iki nəfər onlara yaxınlaşaraq heç bir söz
demədən ani olaraq gənclərə zərbə endirməyə başlayıb. Adnana daha ağır zərbə
dəydiyi söylənilir. Emini də vurublar, ancaq onun xəsarəti xeyli azdı”. Erkin
Qədirli bildirib ki, əvvəlcə həkim müayinəsinə aparılan gənclər hazırda Bakl
şəhər Səbail rayon polis bölməsində izahat yazır.
Cənab Qədirli bildirib ki, polis bölməsinin qarşısına toplaşan Emin və Adnanın dostlarına da polis müdaxilə edib: “15-ə yaxın adam polis bölməsinin qarşısında sadəcə durub gözləyirdilər . Bu zaman polis əməkdaşı onlara yaxınlaşaraq bildirib ki, rəis burada heç kəsin dayanmamasına əmr verib. Onlar sakitcə həmin yerdən aralanmaq istəyərkən polis təzyiqlərini artırıb.” Erkin Qədirli daha sonra hadisənin sovuşduğunu da bildirib.