2008-ci ildə Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədliyi irəli sürülümüş Sara Peylin deyir ki, o, Alaska ştatınn qubernatoru vəzifəsindən istefa verir və yenidən səsvermədə iştirak etməyəcək. Peylinin son addımı onun siyasi gələcəyi haqda spekulyasiyalara yol açıb.
Qubernator Peylin iyulun 26-da istefa verəcəyini və hökumətdən kənarda müsbət dəyişiklik uğrunda çalışacağını bildirib.
Peylin açıqlamasını cümə günü Alaskanın kiçik Vasilla qəsəbəsindəki evi qarşısında keçirdiyi mətbuat konfransında verib. O, öz gələcək planları barədə məlumat verməyib.
Vasillada mer işlkədikdən sonra Sara Peylin 2006-cı ildə Alaska qubernatoru seçilib. O, Alaskanın ən gənc və ilk qadın qubernatorudur.
2008-ci ildə Respublikaçı prezidentliyə namizəd Senator Con Makkeyn özünə vitse prezidentliyə tərəfdaş seçdi. Peylin vitse-prezidentliyə namizədlyi irəli sürülümüş ikinci qadın və ilk Respublikaçı qadın idi.
Peylinin istefası onun 2012-ci ildə prezident seçkilərində iştirak etməyə hazırlaşması barədə fikirlərin dolaşmasına səbəb olub. Mətbuat konfrrasında xanım Peylin idarəçiliyin bəzi aspektlərindən təngə gəldiyinə işarə etdi.
Peylin habelə ailəsinin ictimai səhnədə məsxərə qoyulmasından da narazılığını ifadə etdi.
Peylin populist platforma ilə qubernator seçilmişdi və onun mühafizəkar prinsipləri Respublikaçılar Partiyasından Con Makkeynə dəstəyin möhkəmlənməsində böyük rol oynadı.