Rusiyanın Çeçenistan regionunda baş verən 3
partlayış bir hərbi qulluqçunun həyatına son qoyub, azı 4 nəfər isə yaralanıb.
Partlayışlardan ikisi dünən Urus Martan vilayətinin Şalazi şəhəri yaxınlığında
kəşfiyyat və axtarış əməliyyatları zamanı baş verib. Hadisə zamanı Müdafiə
Nazirliyinin 3 əməkdaşı yaralanıb. Urus Martan regionunda zibil qutusunun
içərisində baş vermiş başqa bir partlayış bir zabitin ölümünə, bir əsgərin isə
yaralanmasına səbəb olub. Rusiyanln cənubunda yerləşən və əhalisinin
əksəriyyətini müsəlmanlar təşkil edən Çeçenistan 1990-cı illərdə iki müharibə
nəticəsində ciddi dağıntılara məruz qalıb.