Fransanın
nəqliyyat naziri Yəmən hava yolları şirkətinə xəbərdarlıq edib ki, ötən həftə
152 adamın ölməsi ilə nəticələnmiş qəzaya görə şirkət Avropa Birliyinin qadağan
edilmiş avialaynerlər siyahısına daxil edilə bilər. Dominik Büssero Fransa radiosuna söyləyib ki,
o, Yəmən rəsmiləri ilə görüşündə şirkətin diqqətlə izlənildiyini və onların
siyahıya düşməməsi üçün ciddi səy göstərmələrinin vacibliyini vurğulayacaq. Yemeniya Air uçuşu çərşənbə axşamı Hind
Okeanı üzərində qəzaya uğrayıb.