ABŞ prezidenti bazar günü Rusiyaya yola düşür

Rusiya prezidenti Dmitri Medvedyev gələn həftə ABŞ prezidenti Barak Obama iləkeçiriləcək sammitin ölkələr arasında əməkdaşlığa təkan verəcəyinə inandığını bildirib. Kremlin veb səhifəsində yayılan video yazıda Rusiyanın dövlət başçısı Barak Obamanınmünasibətlərin yaxşılaşdırılması arzusunda olduğunu və Rusiyanın da bu istəyi bölüşdüyü deyib.

ABŞ prezidenti Rusiyaya bazar günü yola düşür. İki günlük sammitin gündəliyində yer alan əsas məsələ silahlara nəzarət saşinin əldə edilməsi olacaq. Amerikanın Polşa və Çex respublikasında raketlərdən müdafiə sistemi yerləşdirilməsinə dair planı mübahisəli mövzu olaraq qalır.Bu yaxınlarda Rusiya prezidenti Medvedyev strateji silahların ixtisarı barədə sazişin əldə edilməsinin yalnız Rusiyanın raket sistemi ilə bağlı narahatlıqları nəzərə alındıqda mümkün olacağını demişdi.