Amerika Dövlətləri
Təşkilatı prezident Manuel Zelayanın hakimiyyətini bərpa etməyəcəyi təqdirdə
Hondurası regional qrupdan xaric edəcəyini bildirib. Təşkilat baş katibi Hose
Miqel İnsulza bu gün jurnalistlərə deyib ki, cənab Zelayanın səlahiyyətlərinin
bərpası üçün hərbi çecriliş liderlərinə 3 gün vaxt verilib. Qurumun Vaşinqtonda
yerləşən baş qərargahında üzvlər arasında aparılan danışıqlardan sonra İnsulza
ultimatum verib. Zelaya özünün prezidentlik müddətini artırmaq üçün
Konstitusiyaya dəyişiklik məqsədilə referenduma cəhd göstərdiyinə görə,
hərbçilər onu keçən həftənin bazar günü ölkədən qovaraq Kosta-Rikaya
yollamışdılar.