Beynəlxalq sülh müşahidəçiləri Gürcüstanın münaqişə bölgələrini tərk edir

2008-ci ildə Gürcüstanla Rusiya arasında baş verən münaqişə zamanı həmin bölgələrə göndərilən beynəlxalq sülh mühidəçiləri həmin əraziləri tərk edir. ATƏT-in sözçüsü Güsrcüstanın separatçı Cənuibi Osetiya bölgəsi yaxınlığında olan 20 nəfərdən ibarət monitorinq qrupunun bölgəni bu gün tərk etdiyini bəyan edib. BMT-nin Gürcüstanın digər separatçı regionu Abxaziyadakı müşahidəçi qrupunun da bu gün oradan çıxarıldığı bildirilir. Xatırladaq ki, qərbin etirazlarına baxmayaraq Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan Moskva BMT-nin Təhlükəzlik Şurasının həmin ərazilərdə monitorinq mandatına veto qoyub.