Bu gün ABŞ qüvvələri İraqın paytaxtı Bağdadı və digər şəhərləri tərk edir və bu şəhərlərin nəzarəti İraq qüvvələrinə verilir. Dünən Bağdadda təşkil edilən xüsusi mərasim zamanı Birləşmiş Ştatlar hərbi qüvvələrinin baş komandanı, general-mayor Daniel Bolqer İraqın Müdafiə Nazirliyinin binasının açarlarını rəsmi olaraq iraqlı həmkarına təhvil verib. Birləşmiş Ştatların İraqın digər bölgələrində qalan hərbi qüvvələrinin isə 2011-ci ilin sonunda çıxarılması nəzərdə tutulur.
Bu gün İraq hökuməti iyun ayının 30-nu Milli Suverenlik günü elan edib. Dünən axşam isə iraqlılar Bağdadın ən iri parklarından olan Zəvra parkında bu xəbəri musiqi və atəşfəşanlıqla qeyd etmişlər.