İranın Nəzarət Şurası səslərin 10 faizinin yenidən hesablanmasından sonra iyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın qələbə qazandığını təsdiq edib. Şura nəticələrə dair yazılı məlumatı İranın Daxili İşlər Nazirliyinə təqdim edib. Nəzarət Şurası səsvermə zamanı saxtakarlıqlara yol verildiyinə dair şikayətləri də rədd edib.
Günün əvvəllində şura üzvlərinin islahatçı namizəd Mir Hüseyn Musəvi ilə görüş keçirildiyini, lakin görüşün səmərəsiz olduğunu bəyan etmişdi.
Nəzarət Şurasının bu açıqlamasından sonra ABŞ-ın dövlət katibi Hillari Klinton iranlılar arasında böyük bir etibar uçurumunun mövcud olduğunu bildirib. Xanım Klinton Vaşintonun Əhmədnejadı rəsmən prezident kimi tanıyacağı barədə heç nə deməyib.