Argentinada Peronistlər parlamentə nəzarəti itirdilər

Argentina prezidenti Kristina Fernandez de Kirknerin hakim Peronist Partiyası Bazar günü seçkilərində Konqresə nəzarəti itirib. Onun əri, sabiq prezident Nestor Kirkner Buenos Ayres vilayətində varli biznesmen Fransisko de Narvaezlə yarışda məğlub olub. Seçicilər dünən Konqresin aşağı palatasının yarısı, Senatın isə üçdə biri üzərində səs veriblər. Tam nəticələr hələ açıqlanmayıb. Prezident Fernandezin müttəfiqləri altı ildir ki, Argentina Konqresinə nəzarət edirlər. Lakin son rəy sorğuları prezidentə dəstəyin 30 faizə düşdüyünü göstərir. Ekspertlər göstərəcilərə əsas səbəb kimi iqtisadiyyatı görür.