İraqlılar
“Milli Suverenlik Günü”nü qeyd etməyə hazırlaşırlar. Bu bayram ABŞ qüvvələrinin İraq şəhərlərindən
çıxması münasibətilə keçirilir. Bağdad
və digər şəhərlərdə parklar və avtomobillər İraq bayraqları və lentlərlə bəzədilib.
ABŞ qüvvələri təhlükəsizlik üçün məsuliyyəti sabah axşam İraq qüvvələrinə
təhvil verməlidir. İraqdakı Amerika komandiri general Reymond Odierno deyib ki,
qoşunların çıxarılması üçün təyin olunan vaxt yetişib. Bəzi iraqlılar ABŞ
qüvvələrinin çıxarılmasına sevinsələr də, digərləri ölkədə militant
hücumlarının artacağından narahatdır.