Mayk Müllen:’ İraq qüvvələri şəhərlərin təhlükəsizliyinə nəzarət etməyə hazırdır’

ABŞ-ın birgə qərargahlar rəisi Mayk Müllen İraq qüvvələrinin şəhərlərin təhlükəsizliyinə nəzarət etməyə hazır olduğunu bəyan edib. Admiral Müllen bildirib ki, ABŞ-ın İraqdakı rəhbəriliyi İraq ordusunun təhvil alacağı vəzifənin öhdəsindən gələ biləcəyindən əmindir. ABŞ qüvvələri İraq şəhərlərini cari ayın sonunda tərk etməlidir.

Dünən İraqın baş naziri Nuri Əl-Maliki deyib ki, qüvvələrin çıxarılması İraqın özünü müdafiə edə bilməsinə işarədir. Baş nazir sünni və şiə qrupları milli birliyə səsləyib, siyasi barışığın İraqın sabitliyi üçün zəruri bir amil olduğunu deyib.