İran
prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı yenidən tənqid
edərək Birləşmiş Ştatların İranın daxili işlərinə qarışdığını deyib. Rəsmi İRNA
xəbər agentliyi bu gün İran liderinə istinadən bildirib ki, cənab Obama
dəyişikliklər haqda danışır, ancaq İran dövlətçiliyinə müdaxiləni davam
etdirir. Dünən prezident Obama İranda nümayişçilərə qarşı seçkisonrası
zorakılıqları qəbulolunmaz adlandırıb. O, habelə deyib ki, son hadisələr İranla
birbaşa dialoqa və diplomatiyaya təsir edəcək. Rəsmilər deyir ki, iyunun 12-də
prezident seçkilərindən bəri zorakılıqlar zamanı 17 nəfər həlak olub. Ancaq
şahidlər bu rəqəmin daha çox olduğunu bildirir.