1980-ci ildə Türkiyədə hərbi çevrilişə rəhbərlik
etmiş general həbs olunacağı təqdirdə intihar edəcəyini bildirib. Sabiq Türkiyə
prezidenti Kənan Evrən bu sözləri bu gün “Hürriyət” qəzetinə müsahibəsində
deyib. Türkiyənin əsas siyasi partiyalarının üzvləri bu həftə Konstitusiyada
çevriliş liderlərinin həbsinə qadağa qoyan maddənin dəyişdirilməsi barədə
danışıqlar aparır. 1980-ci il hərbi çevrilişi Türkiyə tarixində 3-cü və sonuncu
çevriliş olub. Buna baxmayaraq hazırda rəsmilər hakim Ədalət və İnkişaf
Partiyası hökumətinə qarşı hərbi çevriliş cəhdləri ilə bağlı təhqiqat
aparırlar.