NATO rəsmiləri Qazaxıstanda alyansla orta asiya
ölkələri arasında əməkdaşlığa dair danışıqlar aparıb. Paytaxt
Astanada keçirilən toplantı NATO ilə region ölkələri arasında bu qəbildən olan ilk
görüşdür. Gündəliyə Əfqanıstandakı vəziyyət və Qafqazla yanaşı enerji
təhlükəsizliyi məsələləri də daxildir. Danışıqları detalları hələlik
açıqlanmayıb. Ancaq Rusiyanın NATO-dakı
nümayəndəsi Dmitri Roqozin deyib ki, o, NATO-nun daha geniş əraziyə
yayılmasına inanmır. Roqozinin sözlərinə görə, Qazaxıstanın Alyansla
əlaqələrinə baxmayaraq, ölkə Rusiya ilə yaxın münasibətlərə malikdir.