Iraq rəsmiləri ölkənin müxtəlif bölgələrində həyata keçirilən bomba partlaylşları nəticəsində azı 26 nəfərin
həlak olduğunu bildirirlər. Polisin bildirdiyinə görə Bağdaddakı Əbu Qreyb hərbi
ofisləri yaxınlığında həyata keçirilən
intiharçı hücumu nəticəsində azı 7 nəfər ölümüş, 13 nəfər yaralanmışdır.Sədr şəhərinin şiələrin
yaşadığı məhəlləsində mikro-avtobus dayanacağının yaxınlığında yol
kənarına yerləşdirilmiş bomba parlayışı zamanı isə 3 şagirdin öldüyü xəbər
verilir. Bağdadın Şaab məhələsində yol kənarına
yerləşdirilmiş bomba partlayışı nəticəsində 3 nəfər həlak olmuş, 30 nəfər yaralanmış, Karrada məhəlləsində isə
maşına yerləşdirilmiş bomba partlayışı 5 nəfərin ölümünə səbəb olmuşdur.