Gürcüstanda partlayış olub

Gürcüstan Daxili İşlər Naziri deyir ki, separatçı Abxaziya regionu yaxınlığında baş verən bomba partlayışı nəticəsində tibbi yardım maşınının sürücüsü və bir tibb işçisi həlak olub. Onlar Avropa Birliyinin sülhü müşahidə qrupu ilə birgə səfər edirdilər. Digər avtomobildə olan müşahidəçilər xəsarət almayıblar. Nazirlikdən verilən məlumata görə, partlayışlar maşınlar Gürcüstanın Zuqdidi regionundan keçən zaman bir-birinin ardınca baş verib. Abxaziya və Rusiya yönümlü digər separatçı region Cənubi Osetiya sərhədinə nəzarət etmək üçün keçən ilin oktyabr ayında birliyin 200-dən çox müşahidəçisi yerləşdirilib. Qərbin kəskin etirazına baxmayaraq, Rusiya keçən il Gürcüstanda qısa müharibədən sonra bu iki separatçı regionu müstəqil dövlət kimi tanıyıb.