İspaniyada bomba partlayışı olub

İspaniya hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ölkənin Bask regionunun Arriqirriqa şəhərində avtomobil dayanacağında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 1 polis zabiti həlak olub. İspaniya daxili işlər naziri deyib ki, Eduardu Pueyes avtomobilin içərisində ölüb. Partlayış bu gün səhər baş verib. Mətbuatda yayılan görüntülər maşının yandığını göstərir. Bask regionunun prezidenti Patxi Lopez hücuma görə ETA separatçı qruplaşmasını günahlandırıb. Partlayışın ETA-nın həyata keçirdiyi təsdiq olunsa, bu, qrupun keçən dekabr ayında Lopezin prezidentlik müddətinə başayandan bəri ölümlə nəticələnən ilk hücumu olacaq.