ABŞ BMT-nin İnsan Hüquqları şurasına üzv oldu

Birləşmiş Ştatlar ilk dəfə olaraq BMT-nin 47 üzvdən ibarət İnsan Hüquqları Şurasına qoşulub.

ABŞ diplomatları dünyada təqiblərə məruz qalıb hüquqları pozulmuş insanların naminə şuranın digər üzvlərilə konstruktiv iş aparmağa söz veriblər.

ABŞ-ın Cenevrədə BMT-nin bu missiyasında baş diplomatı Mark Storella deyib ki, Birləşmiş Ştatlar üç ildir yaradılmış bu quruma konstukriv iş ruhunda qoşulur.

Birləşmiş Ştatlar Obama administrasiyası şurada yer tutmaq qərarı verdikdən sonra keçən ay quruma seçilib.

Buş administrasiyası şuranı boykot edərək, onun Sudan və digər yerlərdə insan hüquqlarının pozulması hallarına göz yumduğu halda, İsrailin tənqidinə çox diqqət verdiyini bildişmişdi.