Brüsseldə Avropa Birliyinin sammiti işinə başlayıb

Avropa Birliyinin liderləri iki gün sürəcək zirv toplantısında iştirak etmək üçün Brüsselə toplaşır.

Sammitin gündəliyində Avropa Komissiyasının prezidentinin seçilməsi və birlikdə islahatlara dair müqavilənin xilas etmək səyləri əsas yer tutacaq.

Hazırda Avropa Komissiyasının prezidenti olan Xose Manuel Barroso yenidən seçilmək üçün ikinci müddətə proqramını təqdim etməlidir. Avropa Komissiyası birliyin icraedici qoludur.

Liderlərin həmçinin qlobal maliyyə böhranın məövcud olduğu şəratidə Avropa banklarını idarə etmək üçün yeni qaydaları nəzərdən keçirəcəyi gözlənilir.