Çin prezidenti Rusiya ilə əlaqələrin genişləndirilməsinə çalışır

Çin prezidenti Hu Cintao deyib ki, Rusiya ilə münasibətlər onun xarici siyasət sahəsində ölkəsi üçün prioritetdir. Cənab Hu Rusiyanın baş naziri Vladimir Putinə deyib ki, Rusiya və Çin arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi qlobal iqtisadi böhran zamanı daha da böyük əhəmiyyət daşıyır.

Çin lideri cənab Putinlə Yekterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının iki gün sürən sammitindən iştirak etdikdən sonra bu gün Moksvada görüşüb.

Sammitdən sonra Braziliya, Rusiya, Hindistan və Çin liderləri ayrıca keçirikləri görüş zamanı qlobal maliyyə sistemində daha böyük rol oynamaq, daha sabit və difersifikasiya olmuş beynəlxalq maliyyə sisteminin yaradılmasını istəmişlər.

Çin prezidenti Hu Cintao Rusiya prezidenti Dmitri Medvedevlə dünən görüşüb.