İranda
müxalifət fəalları Tehran küçələrində seçki sonrası yenilikləri yaymaq üçün
məşhur İnternet mesaj xidməti olan “Twitter”dən istifadə edir. İran hökuməti
beynəlxalq mətbuata qadağa qoyduğu üçün fəallar İnternetə əsaslanan xidmətlər
vasitəsilə zorakılıqları əks etdirən şəkillər və videoları bir-birilərinə göndərərirlər. “Twitter”
mobil telefon və müxtəlif veb səhifələr vasitəsi ilə istifadə oluna bildiyindən
hökumətin qadağa səyləri boşa çıxır. “Twitter” beynəlxalq mətbuatın
hadisələrlə məlumatlanmasına və ölkə daxilində fəalların bir-biri ilə əlaqə
yaratmasına yardımçı olur. Bu xidmətdan xüsusilə prezidentliyə müxalif namized Mir Hüseyn Musəvinin tərəfdarları istifadə edir