Türkiyənin baş naziri silahlı qüvvələrin baş komandanı ilə gözlənilməz görüş keçirib

Türkiyənin baş naziri bu gün silahlı qüvvələrin baş komandanı ilə gözlənilməz görüş keçirib, hökumətə qarşı hərbi konspirasiyaya dair iddiları müzakirə edib. Rəcəb Tayyib Ərdoğanla general İlker Başbuğ arasında keçirilən müzakirədən sonra heç bir açıqlama verilməyib.

Tükiyədə gərginliklər Tərəf qəzetinin keçən həftə Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasına qarşı hərbi çevriliş cəhdinə dair məlumat yaymasından sonra dərinləşib.

Yüksək rütbəli hərbiçi tərəfindən imzalanan sənədi ələ keçirdiyi bildirən qəzet yazıb ki, həmin sənəddə Tükiyə mətbuatı vasitəsi ilə islama əsaslanan partiyanın ifşası və partiya daxilində parçalanmaların dərinləşdirilməsi nəzərdə tutulur. Ordu isə aparılan araşdırmalar nəticəsində baş qərargahın hər hansısa hərbi hissə tərəfindən belə bir sənədin hazılandığının aşkar edilmədiyini bildirir.