ABŞ prezidenti İrandakı hadisələrdən narahatlığını bildirib

ABŞ prezidenti Barak Obama deyib ki, İranın gələcəyini müəyyən etmək İran xalqından asılıdır. Cənab Obama bununla belə qeyd edib ki, seçkilərdən sonra İranda baş verən iğtişaşlar onu narahat edib və o qan tökülməsinə son qoyulduğunu görmək istəyir.

ABŞ prezidenti qeyd edib ki, nümayişçilərin saxdalaşdırıldığına inandıqları seçki nəticələrinə etiraz etdikləri bir zamanda o İranın küçələrində gördüyü zorakılıqlardan narahatlıq hissi keçirib.

'Son bir neçə gündür televiziyada gördüklərimiz qarşısında sakit qalmağım düzgün olmazdı' deyən Barak Obama bunu da qeyd edib ki, İran xalqı bilməlidir ki, onların səsinin əhəmmiyyəti var və daha çox qan tökülmədən seçki saxdakarlığı barədə iddiaların araşdırılması istiqamətində addımlar atılmalıdır.

ABŞ prezidenti söyləyib ki, demoratik proses, söz azadlığı, insanların dinc yolla narazılıqlarını bildirmə hüquqları beynəlxalq deyərlərdir və onlara hörmət edilməlidir.

Barak Obama İtalianın baş naziri Silvio Berluskoni ilə görüşündən sonra İrandakı vəziyyət barədə müxbirlərlə söhbət edib.