Beynəlxalq ictimaiyyət İran olaylarına reaksiya verir

BMT Baş Katibi Ban Ki Mun İran liderlərini xalqın iradəsinə hörmət etməyə və cümə günü seçkiləri ilə bağlı meydana çıxan saxtakarlıq ittihamlarını araşdırmağa səsləyib.Nyu Yorkda BMT baş qərargahında çıxış edən cənab Ban ilk dəfədir ki, İran seçkilərinə münasibət bildirir.Lüksemburqda toplaşan Avropa Birlyinin xarici işlər nazirləri də İranı Mahmud Əhmədinejadın seçki rəqibləri tətəfindən irəli sürülən iddiaları nəzərdən keçirməyə çağırıb. Birlik cənab Əhmədinejadın qələbəsinə etiraz edən islahatçılara qarşı zorakılıqları pisləyib.Yüzlərlə iranlı tələbə Kuala Lumpur, Dubay, və London kimi şəhərlərdə etiraz aksiyaları keçirib.