Mahmud Əhmədinejad prezident seçkiləri zamanı saxtakarlqılara yol verildiyinə dair ittihamları rədd edib

İran prezidenti Mahmud Əhmədinejad cümə günü keçirilən prezident seçkiləri zamanı saxtakarlqılara yol verildiyinə dair ittihamları rədd edib. İranın dövlət başçısı Mahmud Əhmədinejad bu gün təşkil edilən mətbuat konfransında səslər arasındakı böyük fərqin heç bir sual doğurmadığını deyib. Mahmud Əhmədinejad Tehranın Vəli-e-Əsr meydanında minlərlə tərfdarı qarşısında çıxış edib. İranın ikinci dönəm prezidenti seçilən Əhmədinejad deyib ki, səsvermə fəallığı İranın gələcəyinə ümidləri nümayiş etdirdi. Xalqın ümidlərini doğruldacaq lider xalq tərəfindən seçilib-deyə İran prezidenti bildirib. İran xalqına seçiminə görə təşəkkürünü bildrən Əhmədinejad deyib ki, bu seçim dünyanın təkəbbürünə qarşı birləşmiş bir cəbhə, düşmənlərə qarşı psixoloji müharibədir.Mahmud Əhmədinejadın rəqibi, islahatçı namizəd Mir Hüseyn Musəvi isə seçkilərinin nəticələrinin ləğvinə çağırıb. Səslərin 33.75 faizini əldə edən Musəvi hökuməti saxtakarlıqda günahlandıraraq, seçkiləri “şarada” adlandırıb. O,tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə səsləyib.