Dünya ölkələrinin liderləri və beynəlxalq qurumlar İranın prezident seçkiləri ilə bağlı narahatlıqlarını bildirir

ABŞ-ın vitse-prezidenti Co Bayden Iranda prezident seçkilərinin nəticələrinin şübhə doğurduğunu deyib.

Avropa İttifaqı nümayişlərin dağıdılmasına dair narahatlığını bildirib. Qurumun bu gün açıqladığı bəyanatında seçkilərin nəticələrinin İranın nüvə proqamına dair müzakirələrə mane olmayacağına dair ümidlər ifadə edilib. Bəyanatda deyilir ki, Avropa İttifaqı İranın yeni hökumətinin beynəlxalq öhdəliklərə əməl edəcəyinə ümid edir.

Almaniyanın xarici işlər naziri Frank Volter Staynmayer İranda nümyişçilərə qarşı təzyiqləri qəbuledilməz adlndırıb. Nazir deyib ki, Mahmud Əhmədinejadın böyük əksəriyyətlə qələbə əldə etdiyi deyilməsi pozuntulara dair suallar qaldırır və bu suallar əhatəli cavab tələb edir.

Narahatlıqlar Fransa prezidenti Nikolya Sarkozi tərəfindən də dilə gətirilib. Fransanın dövlət başçısı İranda baş verənlərin heç kim üçün yaxşı xəbər olmadığını deyib.

İsrailin xarici işlər naziri Aviqdor Liberman Əhmədinejadın qələbəsindən sonra beynəlxalq ictimaiyyətin o ölkəni nüvə silahları istehsalından çıkindirmək, İranın terrorçu qruplarına dəstəyini və Yaxın Şərqdə sabitliyə hədə törətməsini dayandırmağa vadar etmək üçün təcili addımlar atmalı olduğunu vurğulayıb.