Şimali Koreya bildirib ki,BMT Təhlükəsizlik
Şurası ölkəyə yeni sanksiyalar tətbiq etsə, Pxenyan nüvə silahı istehsalını
sürətləndirəcək. Rəsmi mətbuat tərəfindən açıqlanan bəyanatda bildirilir ki,
Pxenyan gəmilərinə qadağa qoyulacağı təqdirdə hərbi yoldan da istifadə edəcək.
Artan sanksiyalar səbəbilə BMT-yə üzv dövlətlər Şimali Koreyaya gedən və ya
oradan gələn gəmiləri yoxlamaq hüququna malikdir. Qətnamə habelə Şimali Koreyadan silahların ixracına qadağa qoymaqla
yanaşı, güclü maliyyə məhdudiyyətləri də tətbiq edir.