Rusiyanın Şimali Qafqaz regionunda davam edən
zorakılıqlar nəticəsində bir polis zabiti öldürülüb. Dağıstan Daxili İşlər
Nazirliyinin rəsmisi deyir ki, zabit paytaxt Mahaçqalaya gedərkən başından
aldığı güllə yarasından həlak olub. Bu
hücum İnquşetiyada bir hakimin qüllə ilə vurularaq öldürülməsindən bir neçə gün
sonra baş verib. Aza Qazqireyeva 2 gün öncə silahlı şəxslər tərəfindən odlu silahla öldürülmüşdü. O, İnquşetiya Ali
Məhkəməsinin sədr müavini idi. Hücum zamanı 1-i uşaq olmaqla 5 nəfər yaralanıb.