İranda seçki rəsmiləri prezident Əhmədinejadın irəlidə olduğunu deyirlər

İranın seçki rəsmiləri səsvermənin ilkin nəticələrinə görə prezident seçkilərində Əhmədinejadın irəlidə olduğunu bildiriblər. İslahatçı namized Mir Hüseyn Musəvi də Tehranda təşkil etdiyi mətbuat konfransında seçkilərdə qələbə çaldığırı deyib. Cənab Musəvi ətraflı məlumat verməsə də bəzi seçki dairələrində kifayət qədər seçki qutusu olmadığına görə səsvermədə problemlərin olduğunu söyləyib.

Cənab Musəvi dünən də bəzi seçki müşahidəçilərinin səsvermə məntəqələrinə buraxılmamasından narahatlığını bildirmişdi.

İranın rəsmi xəbər agentliyi isə prezident Əhmədinejadın seçkilərdə qələbə çaldığını elan edib.Dünən keçirilən səsvermədə seçkici fəallığı çox yüksək olub və 46 milyon seçicinin 70 faizi səsvermədə iştirak edib.