Vaşinqtondakı Holokost muzeyində silahlı atışma baş verib

Vaşinqtonda yerləşən Holokost muzeyində günorta vaxdı atışma baş verib. Bir adam muzeyə silahla daxil olaraq, təhlükəsizlik keşikçisinə atəş açıb. Keşikçi, aldığı yaralardan, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisənin detalları məlum olmasa da silahlı şəxsin də keşikçilərin ateşi nəticəsində yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

Media xəbərlərində müzeyə hücum edən şəxsin ağların digər irqlərə üstünlüyünü himayə edən neo-nasist bir qrupa mənsub olduğu bildirilsə də polis hələlik onun şəxsiyyətini açıqlamayıb.

Hadisə vaxdında ABŞ-ın keçmiş müdafiə naziri Villiam Kohen də muzeydə idi.

Prezident Obama hadisədən meyyusluğunu bildirib. Vaşinqtonun təhlükəsizlik qüvvələri və Federal Təhqiqat Bürosu hadisə ilə bağlı istintaqa davam edir.

Hadisə nəticəsində Vaşinqtonla Virciniya ştatını birləşdirən əsas yol saatlarla bağlı qalıb.