ABŞ Mətbuatı: İranda seçki kampaniyası kulminasiya nöqtəsinə çatıb

İranda prezident seçkiləri yaxınlaşdıqca ictimai maraq və siyasi fəallıq pik nöqtəsinə çatıb. Dünən paytaxt Tehranda keçirilən nümayişlər İran İslam İnqilabından bəri İranda keçirilən ən nəhəng spontan nümayişlər hesab olunur. New York Times qəzetinin müxbirləri Robert Worth və Nazilə Fəthi Tehrandan xəbər verir ki, Prezident Mahmud Əhmədinejad və onun əsas rəqibi Mir Hüseyn Musəvinin tərəfdarları kilometrlərlə paytaxt küçələrini bağlamış və şəhərin mərkəzini iflic etmişlər.

İranda seçkilər həmişə ictimai çıxışlara və davranışa olan qadağaları qismən yumşaldır, amma bu dəfəki seçkilər fəqlidir. Bir çox analistlər bunu 4 il Mahmud Əhmədinejadın hakimiyyəti altında cərəyan edən sosial repressiya ilə izah edirlər. “İndi baş verənlər səsvermədə baş verəsi olanlardan fərqlidir,” deyə siyasi şərhçi Maşallah Şəmsolvaezin bildirir. “Bu insanların protest və narazılığının ifadəsidir. Onlar qəzəblərini izhar edir və özlərini qüdrətli hiss edirlər.”

Bazar Ertəsi günorta Əhmədinejadın kampaniyası mərkəzi Tehranda iri nümayiş təşkil etdi. Bu, indiyədək Mir Hüseyn Musəvinin tərəfdlarının keçirdiyi səs-küylü nümayişlərə bir növ cavab idi. Lakin Əhmədinejad tərəfdarlarının nümayişini spontan şəkildə yaranan Musəviçilərin nəhəng izdihamı kölgədə qoydu. Tehranın əsas xiyabanlarını qapadan insan seli kilometrlərlə uzanıb gedirdi. Tehranın mühafizəkar məhəllələrini daha qədim aran zonalardan və cənubda liberal baxışlı insanlarla məskunlaşmış Əlborz dağının ətəklərindən ayıran 19 kilometr uzunluğunda Vəli Əsr xiyabanı boyunca on minlərlə Musəvi tərəfdarı toplaşıb. Hamı Musəvi kampaniyasının simvolu olan yaşıl köynəklər geymiş və ya bu rəngə bürünmüş şüarlar, şəkillər və bayraqlar gəzdirirdi.

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei dövlət televiziyasında yayımlanan müraciətində nümayişlərin küçə toquşmalarına gətirib çıxarmasına qarşı xəbərdarlıq edib. O, namizədlərin tərəfdarlarını təmkin nümayiş etdirməyə səsləyib. Eləcə də Bazar Ertəsi Əhmədinejadın mütəmadi hədəflərindən olan Əli Əkbər Haşemi Rəfsəncani ilk dəfə olaraq özünü müdafiə edərək onu korrupsiyada ittiham edən prezidentə həddini aşmamağı tövsiyə edib. Lakin Əhmədinejadın rəqiblərinin sərt tənqidləri onun tərəfdarlarının entusiazmını azaltmayıb. Bir çoxları hələ də Əhmədniejadın xalqın adamı və nadir vicdanlı siyasətçi olduğunu düşünür. Əhmədniejadın dünənki nümayişində izdihamın həcmi prezidentə podiuma vaxtında çatmağa imkan verməyib, və beləliklə də bir çox tərəfdarları vaxtından əvvəl dağılışıb.

Nümayişçilərin temperamenti eyni səviyyədə olsa da onların işlətdiyi vasitələr və üsullar fərqlənir. Washington Post qəzetinin yazdığına görə prezidentin yüz mindən çox tərəfdarlarının əksəriyyəti mərkəzi məscidə ənənəvi yollarla, bəsic avtobusları ilə daşınıb. Onların fikrincə Böyük Məscid siyasi nümayiş üçün ən münasib yerdir. Lakn Mir Hüseyn Musəvinin tərəfdarları nümayiş üçün daha çox düşüncə çevikliyi göstərməli olublar. Həftəsonu hökumət Musəvinin tərəfdarlarına 120 min tutumlu Azadi stadionunda nümayiş keçirməyə icazə vermədi. Lakin bunun üstündən 24 saat keçməmiş tekst mesajları və Facebook internet saytının köməyi ilə minlərlə Musəvi tərəfdarları mərkəzi Vəli Əsr xiyabanına yığışdılar. Üzərində Musəvinin portreti cizgiləndirilən yaşıl köynək gemiş tələbə təşkilatçısı Mohsen Qadiri internet və tekst mesajları sayəsində nəhəng izdihamları toplamağın mümkünülyünü söylədi.

Əhmədinejadın müşaviri Şəmaqdari Musəvi kampaniyasının taktikalarının Ukrayna və Gürcüstan baş vermiş məxməri inqilabdan kopiyalandığını və psixoloji müharibəyə bənzər olduğunu söyləyir: "Onlar kampaniyanın rənginə uyğun köynəklər geymiş yüz nəfərdən ibarət qrupları tehranın bor neçə nötəsində cəmləşdirir. Bu nəqliyyatı dayandırır və insanar düşünməyə başlayır ki, nəsə böyük bir şey baş verir. Bunlar hamısı məxməri inqilabın metodlarıdırı və bunun yeganə məqsədi əlavə səslər toplaçamqdır." Lakin Musəvipərəst İnternet saytının meneceri Reza badamçı seçki kampaniyası il məxməri inqlibalarla arasındakı oxşarlıqları təsadüfi hesab edir. “Biz inqilab istəmirik biz Musəvinin qələbəsini istəyirik,” deyə o, bildirir.

Başqa oxşarlıq Musəvi kampaniyasının demoqrafik tərkibidir. İslahatçı düşərgəni təmsil edənlərin böyük əksəriyyəti gənclərdir – o gənclər ki, İslam rejiminin cəmiyyətə qoyduğu sosial məhdudiyyətlərdən, iqtisadi imkansızlıqdardan beziblər. Time jurnalında öz həmyaşıdlarının durumundan yazan Azade Moaveni deyir ki, bir çox gənc İranlılar imkansızlıq üçündən nigah qura bilmirlər. Tehranda birotaqlı mənzilin qiyməti o qədər bahadır ki, hətta işləyən iki gənc də ev almaqda çətinlik çəkirlər. Rəsmi hesablamalara görə İranda 13-15 miyon arasında gənc nigah yaşındadır. Bu təxminlə hər il İranda 1,650,000 nigah qeydə alınmalıdır. Həqiqi rəqəm isə bunun yarısı qədərdir. Iran əhalisinin 35 faizini təşkil edən bu gənclər isə üzləşdikləri çətinliklərə görə hökuməti qınayırlar.