ABŞ dövlət katibi Hillari Klintonun sözlərinə görə,
Birləşmiş Ştatlar Şimali Koreyanı yenidən terrorizmi dəstəkləyən ölkələr
siyahısına qaytarmağı düşünür. Bu gün ABC telekanalına müsahibəsi zamanı xanım
Klinton deyib ki, Şimali Koreyanın son bir neçə ayda etdiyi hərəkətlər
təhrikedicidir. Şimali Koreya terrorizmi dəstəkləyən ölkələr siyahısından
oktyabr ayında – nüvə obyektlərində ölçülər götürülməsi razılıq verdikdən sonra
çıxarılmışdı. Ancaq dövlət katibi Klinton deyir ki, Pxenyanın keçən həftə raket
sınağı keçirməsi ABŞ-ı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edir. Buna
baxmayaraq o, Obama administrasiyasının hələlik konkret fikrə gəlmədiyini
bildirib.