ABŞ
prezidenti Barak Obama İkinci Dünya müharibəsi zamanı Qərb müttəfiqlərinin
nasistlər tərəfindən işğal olnumuş Fransa sahillərinə daxil olmasının 65-ci
ildönümünü qeyd etdikdən sonra bu gün vətənə yola düşüb. Dünən cənab Obama Fransa lideri Nikola
Sarkozıya qoşularaq 1944-cü ildə həyata keçirilmiş Normandiya müdaxiləsini yad etdi. Amerika əsgərlərinin dəfn edildiyi
qəbiristanlıqda toplaşanalnlara ABŞ prezidenti həmin tarixi gündə canlarından
keçmiş əsgərlərin unudulmayacağını söylədi.
Parisi tərk etməzdən öncə cənab Obama və onun ailəsi məşhur Pompidu
müasir incəsənət qalereyasına baş çəkib.
Şənbə günü Notre Dam kiləsisnə gedən Obamalar Eyfel qülləsi yaxınlığında
nahar edib.