Kubaya casusluq ittihamı ilə ABŞ-ın sabiq hökumət işçisi və onun həyat yoldaşı həbs edilib

Amerikada Kubaya casusluq ittihamı ilə bir sabiq hökumət işçisi və onun həyat yoldaşı həbs edilib. Ədliyyə Nazirliylinin bildirdiyinə görə, dünən federal məhkəmə qarşısına çıxarılan həmin bu şəxslər günahkar olmadıqlarını deyiblər.

Volter Kendal Mayers və onun xanımı Qvildolin Vaşinqton şəhərində məxfi əməliyyatlardan sonra nəzarət altına alınıb. 30 il ABŞ Dövlət Departamentində çalışan Volter Mayer 2007-ci ildə təqaüdə çıxmazdan əvvəl Kəşfiyyat və Təhqiqat Bürosunun işçisi olub.

Aprel ayında Kubanın kəşfiyyat agentli adı altında Federal Təhqiqiat Bürosunun üzvü onunla görüşüb və ondan Havana üçün məlumatlar əldə etməsini istəyib. Görüş zamanı Mayer Latın Amerikasında çalışan Amerika rəsmiləri barədə məlumat verməyə razılıq verib.

Rəsmilərin bildirdiyinə görə, Mayer Federal Təhqiqat Bürosunun agentinə 1978-ci ildə Kuba rəsmiləri ilə görüşündən sonra casusluq fəaliyyətlərinə cəlb edildiyini deyib. Bundan az sonra isə o, Kubanı məlumatlarla təmin etməyə başlayıb. Mayer deyib ki, o, agent 202, xanımı isə agent 123 adı altında çalışıb. Mayerin Kubanı nə kimi məlumatlarla təmin etdiyi barədə məlumat verilmir. ABŞ Dövlət Departamentində çalışdığı son il ərzində onun Kuba ilə bağlı 200-dən artıq məxfi məlumatı araşdırdığı bildirilir.