ABŞ prezidenti Barak Obama hazırda səfərdə olsa da, diqqətini ölkəsindəki səhiyyə islahatları kimi prioritetlərdən yayındırmadığını deyib. Həftəlik radio və televiziya müraciəti zamanı ABŞ dövlət başçısı bildirib ki, səhiyyə sistemində islahatların gecikdirilməsinə yol verilməməlidir.
Barak Obama
hökumətin yüksək səhiyyə xərcləri problemini həll etməli olduğunu bildirib.
O deyib ki, Amerikanın ən yaxşı klinikaları yüksək səhiyyə xidmətlərinin mütləq
bahalı olmadığını sübut edib. ABŞ prezidenti hər bir islahatın istehlakçı
seçimi müdafiə edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.