Iran mətbuatı Zahedan şəhərində törədilən yanğın nəticəsində 5 nəfərin həlak olduğunu bildirir. Yanğının Zahedanın Maliyyə və Kredit Təsisatında baş
verdiyi deyilir. Rəsmilərin dediyinə görə polis şəhərdə
sabitsizlik yardılması cəhdinə görə bir
neçə nəfəri həbs edib. Keçən cümə axşamı Zahedanın şiə məscidində bomba partlayışı nəticəsində 25
nəfərin həlak olmasından sonra şəhərdə
gərginlik hökm sürür. Həmin hücumun
məsuliyyətini sünni yaraqlı qrup
Cundallah öz üzərinə götürüb.