Dörd ay İranda
həbsdə saxlanılan amerikalı journalist Roksana Saberi ABŞ dövlət katibi Hillari
Klintonla görüşərək casusluq ittihamları ilə saxlanması zamanı göstərilən
dəstəyə görə minnətdarlığını bildirib. Roksana Saberi bu gün Dövlət
Departamentində jurnaslitlərə bildirib ki, İnsanların onun azadlığa çıxması
üçün səy göstərdiyini bilmək ona güc və ümid hissi verib. Xanım Saberi jurnalistlərin suallarına cavab verməyib. Öz
növbəsində ABŞ Dövlət Katibi Hillari Klinton məsələnin həll olunmasının
onu rahatlatdığını bildirib. Qeyd edək
ki, 32 yaşlı Saberi həbsdən çıxandan sonra yolüstü bir neçə gün Avstriya
paytaxtı Vyanada qalmış, daha sonra isə keçən həftə Birləşmiş Ştatlara
qayıtmışdı.