İranda prezident seçkilərindən öncə namizədlər dəstək əldə edilməsi səylərini davam etdirir

İranda iyun ayının 12-də keçiriləcək prezident seçkilərindən öncə yarışlara qatılacaq 4 namizəd ölkə boyu dəstək əldə edilməsi səylərini davam etdirir. İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi tərəfindən dəstəklənən hazırkı prezident Mahmud Əhmədinejadın daha populyar olduğu nəzərə çarpır.

Təbriz Universitetinin tələbələri seçkilərə iki həftə qaldığı vaxt çıxış edən islahatçı namizəd Mir Hüseyn Musəvini alqışlayıb. Musəvi prezident Mahmud Əhmədinejadla olduqca yaxın rəqabətdədir. Baxmayaraq ki, bir çox təhlilçi sabiq president Məhəmməd Xatəminin dəstəiyni əldə edən Musəvinin Əhmədinejada qalib gələcəyini düşünmür. Bu isə İranın Ali ruhani rəhbəri Ayətulla Əli Xameneyinin Əhmədinejada verdiyi dəstəklə izah edilir.


1980-ci illərdə İranın baş naziri olmuş Musəvi bir çox iranlının xatirəsində İraq-İran müharibəsi zamanı iqtisadi siyasətinə görə yaşayır. Təbrizin universitet tələbələri qarşısında çıxış edən namizəd 1979-cu ildən İslam İnqilabının məğzini təşkil edən söz azadlığına dəstək verdiyini deyib. Mir Hüseyn Musəvi deyib ki, inqilab bizim söz azadlığımızı təminat atına almaq üçün keçirilib.Müxalifətə dözümsüzlük bizim maraqlarımıza xidmət etmir. Bu halda biz müasir dünyanın bir parçası ola bilmərik-deyə islahatçı namizəd bildirib.

Prezident Mahmud Əhmədinejad da seçicilərin dəstəyini əldə etmək üçün kampaniya aparır. Bu gün o, İran parlamentinin böyük bir blokunun dəstəyini qazanıb. İranın Prinsipialistlər cəbhəsinin mühafizəkar 200 üzvü iyun ayının 12-də Mahmud Əhmədinejada səs verəcəkləri vədi ilə məktub imzalayıb. 30 dəqiqiləlik reklam kampaniyası zamanı Əhmədinejad iqtisadi siyasətini müdafiə edib. O, qlobal iqtisadi böhrana baxmayaraq, İran iqtisadiyyatının sabitliyindən danışıb. İran dövlət başçısı deyib ki, onun müdrik xarici siyasəti İranın düşmənlərini məğlub edib.

İranın prezident seçkilərində üçüncü namizəd, 16 ildirİslam İnqilabı keşikçilərinə rəhbərlik edən Mohsün Rezayi İranın şimal bölgəsində kampaniya aparır. O, qanunlara riayət edən insanlardan ibarət bir koalisiya hökuməti quracağına vəd verib. Rezayi İsrailə qarşı təhdidilər irəli sürərək, o ölkənin bircə hücum nəticəsində neytrallaşdıra biləcəyini deyib.

Rəqiblərindən arxada olan dördüncü namizəd, bir zamanlar İran parlamentinin spikeri olmuş Mehdi Kərrubi isə reklam kampaniyasında senzuraya məruz qalan konstitusiyada düzəlişlər edilməsinə çağırıb. Kərrubini rəqiblərindən fərqləndirən daha bir cəhət onun iqtisadi planı