Ali
ABŞ hərbi rəsmisi deyir ki, o, Quantanamo Körfəzindəki saxlanma obyektinin
bağlanmasını dəstəkləyir, lakin əlavə edib ki, azadlığa burxılan məhbuslarn
döyüş meydanına qayıtmasının qarşısnı almaq çətin olacaq. Baş Qərargahlar rəsi Maykl Mallen bazar günü
telekanallara verdiyi müsahibədə bildirib ki, prezident Barak Obama Quantanamo
məhbuslarının taleyi barədə qərar verməlidir.
O, bildirib ki, Pentaqon prezidentin Quantanamo həbsxanasını bir il
ərzində bağlamaq qərarına müvafiq fəaliyyət göstərir. İrana gəldikdə, İslam Respublikasının
liderləri ilə dialoqa tərəfdar olduğunu söyləməklə yanaşı cənab Mallen bu
ölkənin atom bombası istehsal etmək planlarını region üçün sabitliyi pozan
element kimi dəyərləndirib.