Somalidə
islamçı yaraqlılarla hökumətyönümlü qüvvələr arasında döyüş davam etdiyi bir
vaxt paytaxt Moqadişuda intiharçı hücumu 7 nəfərin həyatına son qoyub. Hökumət
rəsmiləri deyir ki, bu gün intiharçı avtomobilini hərbi bazanın qapısına doğru
sürüb və hücumu həyata keçirib. Partlayış nəticəsində 6 təhlükəsizlik zabiti və
bir mülki vətəndaş həlak olub. Moqadişu merinin müavininin sözlərinə görə,
hücumu həyata keçirən ağdərili şəxs ola bilər. Hökumət bildirir ki, yüzlərlə
xarici döyüşçü islamçılara hakimiyyəti devirməyə kömək edir. Mayın 7-də
yaraqlıların yeni hücumlara başlamasından bəri 150-dən çox insan həlak olub.
Cümə günü hökumət qüvvələrinin əks hücuma keçməsindən sonra isə azı 50 adam
ölüb.