Birma
müxalifətinin lideri Aunq San Suu Kyinin vəkilləri deyir ki, onlar öz
müdafiələrini bu həftə təqdim edəcəklər.
Nobel sülh mükafatı laureatı ev dustaqlığının şərtlərini pozmadığını
deyir. Hazırkı ittihamlar bu ayın
əvvəlində baş vermiş insidentdən doğur.
Həmin hadisə zamanı bir Amerikalı şəxs Aunq San Suu Kyinin gölkənarı
iqamətgahına üzərək orada iki gün qalmışdı.
Müxalifət liderinin vəkilləri deyir ki, o, Amerikalıdan evi tərk etməyi
xahiş etmiş, lakin müsafir yorğun olduğu üçün geri dönə bilməyəcəyini demişdi. Xanım
Kyi son 19 ilin 13-nü ev dustaqlığı şəraitində keçirib.