Hindistanda yeni kabinetdə
koalisiya tərəfdaşlarından biri ilə vəzifələrin bölüşdürülməsində mübahisələrin
yaşandığı bir zaman baş nazir Manmohan Sinhq bu gün ikinci müddətə and içib. 76 yaşlı iqtisadçı prezident
iqamətgahında prezident Pratibha Patil qarşısında and içərək, vəzifəsinə başlayıb. Bu yaxınlarda keçirilən parlament
seçkilərində onun rəhbəri olduğu Konqres partiyası sürpriz şəkildə qələbə
qazanaraq parlamentdəki yerlərinin sayını
artırmışdı. Konqres Partiyasının qanunvericiləri
və onların koalisiya tərəfdaşları bu həftənin əvvəli cənab Sinhqi yenidən baş
nazir vəzifəsinə seçmişdilər. Ancaq bu tərəfdaşlardan biri Hindistanın
cənubundan olan regional DMK partiyası koalisiyadan çıxacağına dair təhdidlər irəli sürüb. Yerli mətbuatın
bildirdiyinə görə, partiya Manmohan Sinqhin təklif etdiyi kabinetdə 6 vəzifədən
daha çox yer tələb edib. Konqres Partiyasının rəhbərlik etdiyi koalisiyanın
regional partiyasız parlamentə nəzarət etməsi üçün də kifayət qədər çoxluğu
var.