Hillari Klinton deyib ki, İranın nüvə silahı
əldə etməsi yaxın Şərq və onun ətraflarında silah yarışlarını cücləndirəcək.
ABŞ dövlət katibi Obama administarsiyasının İranla diplomatik əlaqərlər qurmaq
niyyətində olduğunu desə də, bunun
spesifik bir vaxt cərçivəsində ediləcəyini bildirib. Xanım Klinton İranın nüvə silahları əldə
etməsi cəhidnin İsraillə və bir sıra ərəb ölkələrinin ABŞ-la müttəfiqliyinə yol
açır. İranın bu həftə raket sınağı həyata keçirməsi ilə narahatlıqlar daha da
artıb. ABŞ dövlət katibi Obama administarsiyasının Tehranı nüvə silahı istehsal etdiyi təqdirdə təhlükəsinin artcağına inandırmağa çalışacağını
bildirib.
Hillari Klinton ərəb ölkələri və İsrailin İranın nüvə silahı proqramına qarşı ortaq maraqları bölüşdüyünə ümid etdiyini və bunun təkcə Tehranla diplomatiyaya deyil, Fəsləstin-İsrail münaqişəsinin həllinə də yardım edə biləcəyini deyib. ABŞ prezidenti Barak Obama ilin sonunadəkTehranla diplomatik səylər baş tutmasa, İrana qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.