ABŞ-ın keçmiş vitse-prezidenti Buş administrasiyasının sərt dindirmə üsullarını müdafiə edib

ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni Buş administrasiyasının sərtdindirmə üsulları tətbiq etməsini müdafiə edərək deyib ki, bu, terrorçulardan informasiyanın alınması və amerikalıların həyatının qorunması üçün zəruri idi.

Bu gün Vaşinqtonda Amerika Sahibkarlıq institutunda danışan Çeyni deyib ki, perzident Barak Obama və digər rəsmilər əvvəlki administrasiyanın belə üsullara icazə verməsini mahiyyətcə fərqli səciyyələndirir.

O deyib ki, bu üsullardan istifadə vacib, lazımi, müvəffəq və düzgün olub, bununla yanaşı, minlərlə, bəlkə də yüz minlərlə insanın ölümünün qarşısı alınıb.