Qazağıstanda sənaye və ticarət naziri dəyişdirildi

Qazağıstanın baş naziri deyir ki, o, ölkənin ticarət və sənaye nazirliyinə və eləcə də, dövlət nüvə enerjisi şirkətinə yeni rəhbərlər seçib.

Bu gün Astanada jurnalislərlə görüşündə baş nazir Karim Mərsimov yeni ticarət nazirinin Asset İssekeşev olduğunu açıqlayıb.

Baş nazir habelə sabiq səbiq sənaye və ticarət naziri Vladimir Şkolnikin dövlət nüvə enerjisi şirkəti Kazatomproma rəhbər təyin olunduğunu deyib.

Şkolnik əvvəllər enerji naziri vəzifəsində də çalışıb.