Qırğızıstan məhkəməsi keçən il Ramazan ayının bitməsi qeyd edilərkən polislə toqquşmada iştirak edən müsəlman dindarların həbs cəzasının azaldılması haqda qərar çıxarıb.
Keçən ilin oktyabr ayında ölkənin cənubunda baş vermiş
insidentdən sonra 32 adam həbs edilmiş, onlara 20 ilə qədər həbs cəzası
verilmişdi.
Dünən Qırğızıstanın Ali
Məhkəməsi onların həbs cəzalarının 5 ildən 10 ilə qədər azaldılması haqda qərar
çıxarıb. Müttəhimlərə qarşı fəaliyyəti
qadağan olmuş Hizbu-t-Təhrir qrupunun üzvləri olmaq ittihamları irəli
sürülmüşdü.