İran yeni raketini sınaqdan keçirib

İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin İsrail və Cənub Şərqi Avropaya çata biləcək yeni tipli raketi sınaqdan keçirdiyini bildirir.

Cənab Əhmədinejad bu gün Semnanda deyib ki, İran hərbçiləri 2 000 kilometrə qədər məsafədəki hədəfi vura bilən Sejil-2 tipli raketi uğurla sınaqdan keçiriblər. İran prezidenti raketin hədəfə çatdığını da əlavə edib.

Yer-yer tipli bu raket İran tərəfin noyabr ayında müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirdiyi Sejil raketinin yeni növüdür.

ABŞ və onun qərb müttəfiqləri bundan əvvəki testi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirmişdi.