Rusiya və ABŞ  silahların azaldımasına dair Moksvada danışıqlara başlayıb

Rusiya və Birləşmiş Ştatlar arasında nüvə silahları aresnalının azaldılmasına dair yeni müqavilə ilə bağlı Moskvada danışıqlar başlayıb.

İki gün sürəcək danışıqların əsas məqsədi müddəti bu ilin dekabr ayında bitən 1991-ci ilin Strateji Silahların Azaldılmasına dair Müqavilənin əvəzinə yeni razılaşma hazırlamaqdır.

Vasitəçilər ümid edir ki, tərəflər ABŞ prezidenti Barak Obamanın Rusiyalı həmkarı Dmitri Medvedevlə Moksvada iyul ayında görüşündən öncə aralarındakı fikir ayrılıqlarını azaltmağa nail olacaq.

Rusiya tərəfin vasitəçiləri danışıqlardan Vaşinqtonun Avropada raketlərdən müdafiə sistemi yerləşdirilməsinə dair mübahisələr doğurmuş planlarını müzakirə etmək üçün istifadə edəcək. Bununla yanaşı, onlar nüvə başlıqları, həmçinin raketlər və bombalar kimi onları çatdıran sistemilərə məhdudiyyətlər qoymaq istəyir.